“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 17-ci turunda bu gün “Sabah”la keçirilən oyun haqda fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, səfərdə qazandıqları 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında hələ komandada görüləsi işlərin olduğunu bildirib:“Qələbə qazanmaq, uğurlu seriyanı davam etdirmək istəyirdik. Bu qələbə bizə gələcək matçlar üçün əlavə motivasiya olacaq. Hələ görüləcək işlərimiz çoxdur. Bu, meydanda sezilir. Futbolçularımı ürəkdən təbrik edirəm”.
44 yaşlı mütəxəssis asan qələbə qazanmadıqlarını deyib: “Bu gün orta sahədəki üstünlüklə yanaşı, yaxşı mübarizə apardıq, bu baxımdan rəqibə uduzmadıq. Ümumi komanda şəklində lazımi anda futbolçular bir-birlərinə yaxın oldular, rəqibə çox boşluq vermədilər. İki mərkəz müdafiəçimiz və qapıçımız bu gün çox əziyyət çəkdilər. Həm müdafiəni, həm də orta sahəni nəzarətdə saxladılar”.
S.Abasov “Sabah”la kubok görüşdəki gərginliyin təkrarlanmaması üçün futbolçularına sakit olmağı tapşırdığını qeyd edib: “Qətiyyətlə tapşırılmışdı ki, təxribatlardan, futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Bu gün də həddən artıq sərt oyun getdi. Bu, qınanılası şey deyil. Buna səbrlərini basdılar, üzüağ çıxdılar. Şükürlər olsun ki, buradan söz-səhbətsiz gedirik”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi