“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, paraqvaylı futbolçu Azərbaycan Premyer Liqasının geridə qalan “Keşlə” və qarşıdan gələn “Sabah”la oyunu haqda fikirlərini bildirib.
- Azərbaycan kubokunun 1/4 finalında və "Keşlə” ilə çempionat matçındakı qələbələrdə sənin də əməyin oldu.
- Allaha şükürlər olsun ki, qələbə qazanıb yarımfinala çıxa bildik. Deməzdim ki, bu mənim sayəmdə oldu. Bəli əməyim oldu, amma bütün komanda yoldaşlarımın sayəsində. Onlarla oynayanda özümü çox rahat hiss edirəm. Bu qələbə bütün komanda üzvlərinin, məşqçilərin işidir. Biz birlikdə daha yaxşıyıq.
- Bu mövsüm Premyer Liqada 3 qola imza atmısan ki, bunlardan 2-si keçmiş klubun “Keşlə” ilə oyunda olub. Bunun xüsusi səbəbi varmı?
- Bəli, buna sevinirəm, amma xüsusi bir şey yoxdur. Mən hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram. Əsas odur ki, qalib gəldik.
- Qarşıdan “Sabah”la çətin səfər matçı gəlir. Necə düşünürsən, kubok oyununda olduğu kimi, bu dəfə də səfər matçından qalib ayrıla biləcəyik?
- Bu həftə hazırlığa başlamışıq. 95 dəqiqə oyuna köklənməliyik. Bütün komanda hazır olsa, yaxşı nəticə qazanacağıq.
- Xüsusilə son iki qarşılaşmada göstərdiyin oyunla azarkeşlərin rəğbətini qazanmısan. Onlara sözün varmı?
- Hər matçda azarkeşlərin dəstəyi çox vacibdir. Buna çox ehtiyacımız var. “Sabah”a qarşı növbəti matçda hər birini gözləyirik. Dəstəyinizə ehtiyacımız var.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi