“Riskə getdiyimiz üçün böyükhesablı məğlubiyyəti əvvəlcədən hardasa gözləyirdim. Daha aqressiv, hücumameylli oyun qurmağa çalışırıq. Futbolçularımdan həddən artıq razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey məlum idi. Bir neçə dəyişikliklər etdim ki, digər oyunçular da bu ab-havanı hiss etsinlər".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə 0:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.
"Saysız-hesabsız hücumlarımız oldu. Ustalıq səviyyəsi fərqlidir. Rəqib 3 qol epizodundan maksimum istifadə elədi. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer var idi. Belə böyük klubların Azərbaycana gəlməsi, onlara qarşı oynamağımız futbolumuz üçün böyük təkandır" - deyə o bildirib.
"Qarabağ"ın baş məşqçisi avrokubokların ilk oyunundan riski gözə aldıqlarını deyib: "Sonadək qurduğumuz oyun sistemindən əl çəkmədik. Gələcəyi daha yaxşı etmək üçün bəzi anlarda nələrisə qurban verməlisən. Futbolçular bu mövsüm daha çox böyüdülər, heç nədən çəkinmədilər. Bugünkü oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir formalaşardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Torpaqlar işğaldan azad olunanda bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçular da daha ürəkliyik. Bu mövsüm oyunçulardan istədiyim hər şeyi gördüm".
Qurbanov bugünkü görüşdə zəif oynamadıqlarını söyləyib: "Bu cür rəqibi 80 dəqiqə öz meydanında saxlamaq asan deyildi. Onlar Fransada bir az fərqli oynayırdılar. Orada da 4-lü müdafiə ilə başlasalar da, sonradan 5 müdafiəçiyə keçdilər. Bu gün 5-li müdafiə ilə başladılar. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Bəzi oyunçuların da bu atmosferi görməsini istədim. Burdakı imkanlar daha çox oldu, nəinki səfərdə. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim. Dəyişikliklərdən sonra pressinqlərdə gecikmələr oldu. Nə cür hazırlaşmışdıqsa, o cür də oynadıq".
"Bu oyunda Qurbanovun iştirakı yersiz idi" - Ramiz Məmmədov
"Yuventus"un yeni hücumçu hədəfi bilindi
"Şamaxı" onu da göndərdi
Çempionlar liqası matçına hansı qapıçı daha hazırlıqdır?
"Qəbələ"nin qələbəsindən - Video
"Güclü məşqçi ilə qarşılaşdıq" - Kaxaber Sxadadze
"Barselona"dan 100 milyon avroluq transfer həmləsi
Alleqrinin yeni klubu məlum olub
“Qəbələ” Premyer Liqada qaldı
Uğursuz mövsümdən sonra baş məşqçini göndərdilər
"Real"a keçsə, ən bahalı satış ola bilər
“Sabah” futbolçusu evləndi - Şəkillər
FİFA DÇ-2026 biletləri ilə bağlı azarkeşləri aldadıb?
"Qızıl top" tarixində ilk
Ulduz futbolçu DÇ-2026 öncəsi sıradan çıxdı
Abubakar da "Bursaspor"a keçir?
Pley-off matçının hakimləri açıqlandı
"Qəbələ" - "Mingəçevir": Heyətlər
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi
Azərbaycan boksçuları Batumidə 5 medal qazandılar
"Qalatasaray" "Milan"ın futbolçusunu hədəf aldı
Şotlandiya millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
"Sabah" bu legioneri ilə yolları ayırdı
“Qarabağ”a 4 qol vurmuşdu - “Barselona”ya keçir
Azərbaycan millisinə cəlb olunan Kamara ilə bağlı - Açıqlama
"Bayer" danışıqlara başladı
"İnter"də yeni qapıçı
“Ən böyük hədəfim Paralimpiya çempionu olmaqdır”
Toral "Qarabağ"la bu sözlərlə vidalaşdı
Tolqay karyerasını başa vurdu
Felipe Luis Avropa klubuna gəlir
“Pley-off” matçı 2 kanalda canlı yayımlanacaq
Millinin düşərgəsinə şəxsi helikopteri ilə gəldi - Video
İspan futbolçu "Roma" ilə müqaviləni uzatdı
"Kristal Pelas" Konfrans Liqasını belə qazandı - Video
Serxio Ramosun böyük planı baş tutmadı
Konfrans Liqasının qalibi müəyyənləşdi
Azərbaycan millisi Avropa çempionu oldu
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi