"Neftçi" "Sabah"la matça bir itki ilə hazırlaşır

"Neftçi" "Sabah"la matça bir itki ilə hazırlaşır
ÖLKƏ FUTBOLU 24 Fevral 2022 / 18:25 3468
-  A +

“Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra fevralın 20-də hazırlığa başlayıb.

Bu gün klubun bazasında keçirilən məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner