“Doğrudan da bizim Premyer Liqadan çıxıb Fransa çempionatında 2-ci yerdə gedən komanda ilə bu cür oynamaq böyük bir işdir. Bu, klubun, məşqçinin işidir. Futbolçuların yanaşmasıdır, qorxmamaqdır”.
Bu sözləri Qol.az-a açıqlamasında “Neftçi”nin keçmiş idman direktoru Ceyhun Sultanov deyib.
Konfrans Liqasının 1/16 finalında “Qarabağ”ın “Marsel”lə Fransadakı oyunundan danışan millimizin sabiq üzvü 1:3 hesablı məğlubiyyətə baxmayaraq, təmsilçimizin daha yaxşı çıxış etdiyini bildirib: “Qurban Qurbanov mətbuat konfransında bir söz dedi: “Mənim futbolçularım belə oyunlar üçün yetişib”. Görürsən ki, komanda şəklində meydanda rahatdırlar. Bu o deməkdir ki, bunlar klub olaraq belə oyunlara hazırdırlar.
Məncə, oyun baxımından “Qarabağ” “Marsel”dən də yaxşı oynadı. Real danışmaq lazımdır. Deyə bilərlər ki, Ceyhun Sultanov “Neftçi”də işləyib, “Qarabağ”ı tərifləyir. “Qarabağ” oyunu ilə məni buna məcbur edir. Mən bunu deməliyəm. Yaxşıya yaxşı demək lazımdır. Bu gün “Qarabağ” avrokuboklarda yetərincə yaxşı oyun nümayiş etdirir. Bu da baş məşqçi və futbolçulara görədir. 11 nəfər oynayır, baş məşqçi də onları idarə edir. Düzgün qurulan struktur, strategiya və lazım olan oyun”.
Ceyhun Sultanov
C.Sultanov komandalar arasında sabah Bakıda keçiriləcək cavab matçı hada da danışıb. O, qeyd edib ki, “Qarabağ”ın göstərdiyi baxımlı oyuna görə yaxşı nəticəyə ümid edə bilərik: “Bundan sonra nə olacağını demək olmaz. Hər oyunun öz yanaşması var. Cavab matçının “Qarabağ” üçün daha rahat olacağı fikri ilə razılaşmıram. Futbolda rahat oyun deyə bir şey yoxdur. Rahatı da sən edirsən, rahat olmayanı da. Mən “Qarabağ”dan yaxşı oyun gözləyirəm. Yaxşı oyun olanda nəticə də mümkündür. Təmsilçimiz əlinə düşən imkanlardan istifadə edə bilsə, yaxşı nəticə əldə edəcək. İlk oyunda da “Qarabağ” fürsətlərdən yararlana bilsəydi, hesab fərqli olacaqdı. Hər şey ola bilər. Biri var ki, oyuna baxıb ümidsiz danışasan, biri də var ki, sənə ümid verən oyundur. “Qarabağ”ın göstərdiyi futbol bizə ümid verir. Baxın, 1:3 uduzmuşuq, amma düşünürük ki, bəlkə, yaxşı nəticə qazandıq. Çünki ortada oyun var”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayacaq.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi