"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıda keçirəcəkləri cavab oyunu barədə danışıb.
Qol.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında futbolçularının Fransa təmsilçisi ilə matçda yaxşı oyun nümayiş etdirəcəyinə inandığını deyib:
“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə "Marsel"i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. "Marsel" son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram".
Qurban Qurbanov "Qarabağ"a sabahkı matçda 3 top fərqi ilə qələbənin vacibliyi haqda suala bele cavab verib: “Daha irəli getmək istəyiriksə, əsas yolumuz olmalıdır. Bu da yaradıcı və hücum futboludur. Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün belə bir addım atmaq istəyirəm ki, futbolçularda özünəinam olsun. Xüsusən də, yerlilərdə. Hər oyuna bir yox, bir neçə qol vurmaq üçün çıxırıq. Əlbəttə, asan yol deyil. Azərbaycan futbolu üçün, bəlkə də, ən çətin yoldur. Qarşımıza belə məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq riskə gedəcəyik. Kollektiv şəkildə çox güclü komanda ilə qarşılaşacağıq. Nə qədər riskli olsa da, qol vurmaqla yanaşı, buraxmamaq barədə də düşünməliyik. Azarkeşlərimizin futbola inamını qaytarmaq istəyirik. Onlar komandalarımızın uğurunu çox arzulayırlar. Bunun üçün yolumuz, xarakterimiz olmalıdır. İnanıram ki, bu xüsusiyyətləri daha da sürətləndirəcəyik. Sabah da meydana qollar vurmaq üçün çıxacağıq. Eyni zamanda qol buraxmamağı da düşünməliyik. Belə addımları daha ciddi rəqiblərə qarşı futbolçulara aşılayanda, işimiz daha da sürətlənər. Sabah qarşımızda başqa rəqib olsaydı belə, eyni fikirdə olacaqdıq. Rəqib nə qədər imkan yaradacaq, biz nə qədər təzyiq edəcəyik, bunları oyunun gedişində görəcəyik”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında Fransada oynanılan ilk matç "Marsel"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı