AFFA çempiona kubok əvəzinə şar verdi - Foto

AFFA çempiona kubok əvəzinə şar verdi - Foto
ÖLKƏ FUTBOLU 23 Fevral 2022 / 12:12 2416
-  A +

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub. 

Qol.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib. 

Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.


Qarabağ FK
Son xəbərlər
topaz banner