Bakıya nə qədər "Marsel" azarkeşi gələcək?

Bakıya nə qədər "Marsel" azarkeşi gələcək?
ÖLKƏ FUTBOLU 21 Fevral 2022 / 16:11 3760
-  A +


Konfrans Liqasının 1/16 finalının cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Marsel” Bakıda dəstəksiz qalmayacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Fransa təmsilçisini dəstəkləmək üçün 150-200 arası azarkeş paytaxtımıza gələcək. O, viza məsələsinə görə dəqiq say bilinməsə də, 150-dən artıq azarkeşin Azərbaycana gələcəyini bildirib.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner