Region Liqasında çıxış edən “Karvan” yenidən fəaliyyətini dayandırmaq üzrədir.
Qol.az apasport.az saytına istinadən xəbər verir ki, Şimal-Qərb regionunda yarışan Yevlax klubu son günlərini yaşayır.
Buna səbəb komandanın üzləşdiyi maliyyə problemidir. Çempionatda sona bir tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Karvan” pley-offa vəsiqəni təmin edib. Komanda oradakı 2 matçını da keçirdikdən sonra dağılacaq. Maddi problemlər ucbatından bir neçə futbolçusu ilə vidalaşan “Karvan”ın baş məşqçisi Kənan Kərimov da artıq Bakıya köçüb.
Kərimov açıqlamasında vəziyyətin dözülməz hal aldığını və bu gedişlə komandanın fəaliyyətini dayandıracağını təsdiqləyib: “Çətinliklə gəlib bu vəziyyətə çıxmışıq. Amma gedişat xoş nəsə vəd etmir. Dost-tanış nə vaxta qədər kömək eləməlidir? Rayon rəhbərliyi nə maraqlanır, nə yaxın durur. Heç elə bil Yevlaxda komanda yoxdur. AFFA-dan da hələ xəbər yoxdur. Ümidimiz ancaq assosiasiyayadır. Mən bu gün əlimi çəksəm, komanda dağılacaq. Dostların köməkliyi ilə bura qədər gəlmişik. Sponsor olmasa, pley-off oyunlarından sonra “Karvan”ın fəaliyyətini davam etdirməsi qeyri-mümkündür”.
Kərimov paytaxta köçməsinə baxmayaraq, hələlik məşqlər və oyunlar zamanı Yevlaxa gedəcəyini söyləyib: “İki gündür Bakıya gəlmişəm. İlk növbədə “Karvan”ın durumu dəqiqləşməlidir. Bu boyda əziyyət çəkmişəm, bunun yarımçıq qalmasını istəmirəm. Amma gücüm çatandan da artığını elədim”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi