“Aleksey Baqanın “Sumqayıt”a gətirilməsi bir addım qabağa, iki addım geri atmaq idi. Bu gün mümkün olanın ən yaxşısını “Sumqayıt” üçün Ayxan Abbasov etmişdi. Bundan yaxşısını heç kim edə bilməzdi”.
Bu sözləri Qol.az-a açıqlamasında “Sumqayıt”ın keçmiş idman direktoru Ceyhun Sultanov deyib.
“Sumqayıt”da Ayxan Abbasovun gözlənilmədən istefaya göndərilərək belaruslu Aleksey Baqanın baş məşqçi vəzifəsinə gətirilməsinə münasibət bildirən Sultanov klubun bu addımını tənqid edib: “10 Baqa gətirsən də, bu heyətlə çempion ola bilməyəcək. Maksimum avrokuboklar üçün mübarizə apararlar. Sənin strategiyan budursa, Baqanı ordan bura gətirməklə nəyisə dəyişmirsən. Sadəcə, yerli əvəzinə əcnəbi qoyursan. İnsan bir şeyi edəndə düşünər də. Bu gün “Sumqayıt”ın potensialı nə idi? Maksimum avrokuboklara düşmək. Komanda iki il bunu Ayxan Abbasovla etdi. Ancaq gəlin baxaq, bu iki ildə Ayxan Abbasovun komandasını gücləndirmək üçün nə etdilər? Heç nə! Daha da zəiflətdilər.

Ceyhun Sultanov
Mən demirəm, Baqa pis mütəxəssidir, onu tanıyıram, yaxşı məşqçidir. Amma Baqanı gətirib eyni strategiya ilə gedəcəksənsə, elə Ayxan Abbasov var idi də. Ən pis variantda baş məşqçi azərbaycanlı mütəxəssis olmalı idi. Niyə əcnəbi gətirirsən? Axı əcnəbinin istəkləri, tələbləri də olur. Əcnəbinin iddiası yoxdursa, onun gəlməyinin nə mənası var? Mənə görə “Sumqayıt”ın ən yaxşı dönəmi Ayxan Abbasovun dövründə olub”.
Ceyhun Sultanov “Sumqayıt”dakı gözlənilməz baş məşqçi dəyişikliyinin səbəbini anlamadığını bildirib: “Bu artıq klub daxilində olan şeylərdir. Bəlkə, münasibətləri korlanıb. Çox şey ola bilər. Klubun içində olmadan nəsə deyə bilmərik. Ancaq onu bilirəm ki, Ayxan Abbasov bu strategiya, bu heyətlə “Sumqayıt” üçün maksimumu etdi”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi