“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə"yə uduzduqları (0:2) matç barədə danışıb.
Qol.az xəbər verir ki, rusiyalı mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında deyib:
“Döyüşkən oyun keçdi. Meydanda boşluq yox idi. Çox epizodlar yarandı. Matç ilk səhvə qədər belə keçdi. Bu səhvi təəssüf ki, biz etdik. Bundan sonra hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etsək də, bacarmadıq. Yaxşı oyun var idi, amma çox sadə top itkilərimiz oldu. Bəzən də dəqiqlik çatışmırdı. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın oyuna yanaşmasına iradım yoxdur. Mükafatçılar sırasına düşmək isə çətin olacaq. Böyük fərq var. Avrokuboklara ümid etmək çətindir. Maksimum çalışmalı, hər qarşıdakı görüşə final kimi çıxmalıyıq”.
Musayev yeni transferləri Kristian Da Silvadan da danışıb: "Kristian oyuna çox yaxşı qoşuldu. Topla pis rəftar etmirdi. Amma nəzər almaq lazımdır ki, hələ formada deyil. Ona vaxt lazımdır".
39 yaşlı baş məşqçi avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Çətin olacaq. Çünki xal fərqi çoxdur. Amma əlimizdən gələni edəcəyik".
Musayev ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranın "Zirə"yə qarşı oynamamasının səbəbini açıqlayıb: "Neftçi" ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən keçəcək. Bundan sonra vəziyyətini biləcəyik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi