Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnova şəhərindəki Dan Kolov – Nikola Petrov beynəlxalq turnirindəki çıxışlarını başa vurublar.
Qol.az xəbər verir ki, idmançılarımız son yarış günündə daha 4 medal qazanıblar. 86 kq-da mübarizə aparan Orxan Abbasov 3-cü yer uğrunda görüşdə moldovalı Denis Balauru 9:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Eyni çəki dərəcəsindəki Abubakr Abakarov finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 7:0 hesabıyla qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
97 kq-da çıxış edən Məhəmmədxan Məhəmmədov da final görüşündə qüvvəsini sınayıb. O, həlledici qarşılaşmada iranlı Meysam Abdini "tuşe" ilə məğlub edərək, qızıl medal əldə edib.
125 kq-dakı Rahid Həmidli isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Solomon Manaşvili ilə qarşılaşmalı idi. Lakin rəqibi zədələndiyi üçün xalça üzərinə çıxmadığından Azərbaycan təmsilçisinə texniki qələbə verilib.
Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıb. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə