"Qarabağ" - "Marsel" oyunu üçün bilet satışı dayandırıldı

"Qarabağ" - "Marsel" oyunu üçün bilet satışı dayandırıldı
ÖLKƏ FUTBOLU 20 Fevral 2022 / 14:24 7300
-  A +

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Marsel" matçı üçün bilet satışı dayandırılıb.

Qol.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.

Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner