"Real"ın sabiq futbolçusu Samuel Eto`Onun 22 yaşlı bir qızı olduğu ortaya çıxıb.
Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid məhkəməsi keçmiş kamerunlu hücumçunu 22 yaşlı qızın atası kimi tanıyıb və ona aliment ödənilməsinə qərar verib.
Belə ki, 1997-ci ildə "Leqanes"in futbolçusu olanda Samuel Madriddəki gecə klublarından birində bir qızla tanış olub. 1 il sonra isə qadının hamilə olduğu ortaya çıxıb. O, bu barədə futbolçuya məlumat verdi. 1999-cu ildə Eto`Onun qızı doğulub. Oyunçu uşaqdan imtina edib. Eto`O keçmiş sevgilisinin zənglərinə və məktublarına cavab verməyi də dayandırıb. Buna baxmayaraq, qız Eto'Onun atalığını təsdiqləyən sübutlar toplaya bilib.
Məhkəmə, hücumçunun iddianın verildiyi tarixdən, yəni, 2018-ci ildən etibarən hər ay üçün qızına 1,4 min avro məbləğində aliment ödəməsini qərara alıb.
Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. O, “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” kimi klublarda çıxış edib. Eto'O 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə İspaniya çempionu və 1 dəfə İtaliya A Seriyasının qalibi olub. Samuel 1996-2014-cü illərdə şərəfini qoruduğu Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi