Krivotsyukun komandası uduzdu

Krivotsyukun komandası uduzdu
ÖLKƏ FUTBOLU 19 Fevral 2022 / 12:47 1230
-  A +

Polşa Ekstraklasasında 22-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Zaqlembe" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Krivotsyuk bu görüşdə iştirak etməyib. O, ehtiyatda qalıb.

Qeyd edək ki, 22 turdan sonra 30 xal toplayan "Visla" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner