UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin dünən keçirilən “Marsel” – “Qarabağ” oyununda (3:1) təəccüb doğuran hadisə baş verib.
Qol.az-ın xəbərinə görə, 90 dəqiqəlik matçın gedişatı zamanı azərbaycanlı azarkeşlərin yer aldığı tribuna və Azərbaycan bayrağı yayımı həyata keçirən fransız rejissorları tərəfindən bir dəfə də olsun ekranda göstərilməyib. Bunun əksinə olaraq, erməni azarkeşlərin Ermənistanın bayrağını açdığı tribunanı isə tez-tez görmək mümkün olub.
Qeyd edək ki, dinindən, milliyətindən asılı olmayaraq, bütün futbol, o cümlədən digər idman oyunlarında qonaq komandanın azarkeşlərinə hörmət əlaməti olaraq onların yer aldığı tribuna efirdə göstərilir. Amma “Marsel” – “Qarabağ” görüşü zamanı biz bunu görə bilmədik.
Əlbəttə, azərbaycanlı və erməni azarkeşlərə münasibətdəki bu görünməmiş ayrıseçkiliyi texniki məsələlərlə əlaqələndirmək çətindir. Burada siyasi məsələlərin rol oynadığını söyləmək mümkündür. Fransa tərəfinin ermənilərin yanında olduğunu bu dəfə futbol oyunları zamanı da görə bildik. Təbii ki, burada məsuliyyət birbaşa olaraq oyunun yayımını həyata keçirən Fransa tərəfinin, konkret olaraq, “Canal+”in üzərində düşür.
“Qarabağ” və “CBC Sport”un mövqeyi
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O deyib: “Yayımın yazılmamış qaydalarına əsasən, yayım rejissoru əvvəlcədən hər iki klubun azarkeşlərinin yerini müəyyənləşdirir. Komandanın vurduğu qoldan sonra o klubun azarkeşlərinin qol sevincini göstərir. Yəni normalda belə olur. Düzü, klubumuzun üzvləri həmin vaxt stadionda olduğu üçün hələ yayımı tam izləyə bilməmişik. Ona görə də mənə indi hansısa fikir bildirmək çətindir. Oyunu Fransanın “Canal +” telekanalı həyata keçirib. Bu, onların məsuliyyətində olan məsələdir”.
Oyunun yayımını Azərbaycanda həyata keçirən “CBC Sport” kanalının nümayəndəsi Şəmsəddin Abbasov isə Qol.az saytına açıqlamasında bildirib ki, yayımı Fransa tərəfi çəkərək Azərbaycan tərəfə ötürür: “Onlar nə ötürürsə, biz onu yayımlayırıq”.
Ş.Abbasov bidirib ki, ola bilər, burada siyasi məsələlər rol oynayıb.
Nur ZEYNALOVA
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi