UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinqi açıqlandı
ÖLKƏ FUTBOLU 18 Fevral 2022 / 10:55 3095
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az xəbər verir ki, cədvəldə müəyyən dəyişiklik olub.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə “Marsel”ə uduzduğundan (1:3) ölkəmizin aktivinə xal əlavə olunmayıb. Azərbaycan siyahıda əvvəlki kimi 26-cı pillədə qərarlaşıb. Hesabımızda 17,000 xal var.

Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib.

Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər.

Qeyd edək ki, siyahıya 100,641 xalla İngiltərə başçılıq edir.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner