“Marsel” “Qarabağ”a məhdudiyyət qoymayıb

“Marsel” “Qarabağ”a məhdudiyyət qoymayıb
ÖLKƏ FUTBOLU 17 Fevral 2022 / 13:45 4464
-  A +

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransadakı oyununu stadiondan izləmək istəyən bütün azarkeşlərin bilet əldə etməsi mümkün olacaq.

Bu barədə Qol.az saytına klubun mətbuat ximətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, Ağdam təmsilçisinə bilet satışında heç bir məhdudiyyət qoyulmayıb və qarşılaşmaya gəlmək istəyən bütün azarkeşlər “Velodrom” stadionunda “Qarabağ” üçün ayrılmış xüsusi kassadan bilet əldə edə bilərlər:

“Bilet sayı ilə bağlı məhdudiyyət yoxdur. Nə qədər azarkeşimiz olsa, həmin saya uyğun bilet ayrılacaq. Biletləri “Velodrom” stadionunda ayrılmış xüsusi kassadan əldə etmək mümkündür”.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 24-ü Bakıda olacaq.

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner