"Yaxşı komandaya qarşı oynayacağıq. "Marsel"in təcrübəsi böyükdür. Yaxşı baş məşqçiləri və futbolçuları var".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində sabah Fransada "Marsel"lə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, rəqibin güclü olmasına rəğmən komandasına da inandığını bildirib: "Həqiqətən öz komandama güvənirəm, istəkliyik. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik".
50 yaşlı mütəxəssis qeyd edib ki, sabahkı matçda futbolçularında olacaq həyəcanın onların xeyrinədir: "İstərdim ki, bu, bizim oyunumuza mənfi təsir etməsin. Rəqibə görə yox, qrupdan çıxan ilk Azərbaycan klubu olduğumuz üçün sevinc həyəcanı var. Hamı səbirsizliklə bu görüşü gözləyir. Belə oyunlar üçün təcrübəmiz var. Qrup mərhələsini aşıb bu cür oyuna çıxmaq bizdə daha çox istək və həvəs yaradır. Amma bunun həddindən artıq olmasını istəmirəm. Çünki komandamın çıxışına mane ola bilər. Balansı qorumağa çalışmışıq. Fikrimiz sırf rəqibin oyun üslubuna və oyunçularına meydanda nə etmək istədiklərinə yönələcək. İnanıram ki, bu həyəcan bizim xeyrimizə olacaq".
Q.Qurbanov "Marsel"in tez-tez oyun sistemini dəyişdirməsindən də danışıb: "Bu, bizə çətinlik yarada bilər. Çünki bu cür komandalara qarşı nadir hallarda oynayırıq. Rəqib bunu çox məharətlə edir. Daha çox diqqət yetirməli olduğumuz elementlərdən biri budurr. Məqsədimiz odur ki, meydanda öz oyunumuzu göstərək. Hər bir futbolçumuz bu matçın faydasını görəcək və verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışacaq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi