"Dəyişikliklər oyunumuzun inkişafına təsir göstərməməlidir. Biz çox yaxşı bilirik ki, elə bir dövrdəyik ki, hər bir səhvə yol verə bilərik”.
Qol.az xəbər verir ki, bu sözləri “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis "Qarabağ"la oyunun asan olmayacağını, Ağdam təmsilçisinin topla çox oynayan komanda olduğunu bildirib: “Cavab oyununa necə hazırlaşacağımızı həqiqətən bilmirəm. Fərqli təcrübə olacaq. Ən böyük çətinlik iki matç arasındakı qısa hazırlıq müddətidir. Hər bir detal nəzərə alınacaq.
Məqsəd bu yeni turnirlə tanış olmaqdır. Rəqibimiz turnirin qrup mərhələsində topa ən çox sahib olan komandadır. Məqsədimiz sabah qələbə qazanmaqdır. Ən yaxşı futbolçularımız sabah oynayacaq. Motivasiyamız eyni olaraq qalır".
Baş məşqçi əsas hədəflərinin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu qeyd edib: “Qarabağ” zəngin beynəlxalq təcrübəyə malik oyunçulara sahibdir. Bu mənada həm “Velodrom”da, həm də evlərində belə matçlara öyrəşmiş komandaya qarşı oynamaq işimizi çətinləşdirəcək. Çətinlik həm də hazırlığın qısa müddətdə olmasından qaynaqlanır. “Qarabağ”la iki görüş arasında çempionat oyunumuz da olacaq. Klubun məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Hər səhv bizə böyük zərər vura bilər”.
Sampaoli istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Futbolda baş məşqçinin taleyini nəticələr müəyyən edir. Biz buna görə mühakimə olunuruq. Qalib gəlmədikdə meydanda baş verənlərə görə günahkar oluruq. Təzyiqlə hər yerdə qarşılaşmışam. Amma hər dəfə bir müddət vəzifəmdə qalmaq mənə qismət oldu. Məqsədim həmişə oyun fəlsəfəmi möhkəmləndirməkdir".
Xatırladaq ki, sabah gecə keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi