“Avro-2020”nin seçmə mərhələsində Azərbaycan millisinin baş məşqçisi olmuş Nikola Yurçeviç “Qarabağ” komandası barədə fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, xorvatiyalı mütəxəssis Konfrans Liqasının 1/16 finalının “Marsel” – “Qarabağ” matçı öncəsi Fransanın “La Provence” nəşrinə müsahibə verib.
“Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Orada ölkənin ən yaxşı oyunçuları və güclü legionerlər çıxış edir” – deyən N.Yurçeviç həmyerlisi Filip Ozobiçi “Qarabağ”ın ən uğurlu futbolçularından biri adlandırıb: "Zubir çox təhlükəlidir. Ozobiçi isə xüsusi qeyd edərdim. O, əsl yaradıcı 10 nömrədir. Ozobiç baş məşqçi Qurban Qurbanovun tətbiq etdiyi texniki oyun üslubunda önəmli rol oynayır”.
N.Yurçeviç qeyd edib ki, Azərbaycan Premyer Liqasının matçlarında “Qarabağ”ın oyunlarına orta hesabla 1000 nəfər azarkeş gəlir: “Amma “Olimpik Marsel”lə Avropa kubokunun görüşündə stadion dolacaq. Onlar “Marsel”i ənənəsi olan ola klub kimi tanıyırlar”.
“Marsel”i cütün favoriti adlandıran Yurçeviç buna baxmayaraq, “Qarabağ”ın güclü komandalarla görüşdə yaxşı nəticələr qazandığını da qeyd edib.
Xatırladaq ki, “Marsel”lə “Qarabağ” arasında ilk görüş fevralın 17-də Fransada, cavab qarşılaşması fevralın 24-ü Bakıda keçiriləcək.
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir
Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi
"Səbail" və MOİK-dən qələbə
“Qarabağ” mənim üçün tramplin ola bilər” - Jeremi Qnali
Azərbayan çempionatlarında ötən ayın ən yaxşıları açıqlandı
"Kəpəz" rəhbərliyində dəyişikliklər
4 komandaya texniki məğlubiyyət verildi
AFFA klubları cərimələdi, futbolçuları cəzalandırdı
"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna gedir
Britaniya mediasından iddia - "Qarabağ"lıya təkliflər var
Mövsümdə ilk, tarixdə 35-ci
Andradenin 200-cü oyunu
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti
"Sabah"ın yubiley qolu
"Neftçi" ilə matç 6 xallıq oyundur" - Hayderson Hurtado
"Premyer Liqada qalacağımıza inanıram"
A seriyasında ayın futbolçusu seçildi