"Sportinq"lə aramızdakı fərq 5:0 deyil" - Qvardiola

"Sportinq"lə aramızdakı fərq 5:0 deyil" - Qvardiola
ÖLKƏ FUTBOLU 16 Fevral 2022 / 09:33 2553
-  A +

"Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Pep Qvardiola ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Sportinq"i (Portuqaliya) darmadağın etdikləri matçı (5:0) şərh edib. 

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "şəhərlilər"in oyunundan razı qalmadığını bildirib: 

"Məni səhv başa düşməyin, amma biz daha yaxşı çıxış edə bilərdik. Ən yaxşı oyunumuz bu deyildi. Bəzi futbolçularımızın çox aşağı səviyyədə oyun nümayiş etdirdi. Topu asanlıqla itirirdik. "Sportinq"lə aramızdakı fərq 5:0 deyil. 1/4 finala adlamaq üçün cavab oyununda da qalib gəlmək istəyirik". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Mançesterdə keçiriləcək. 


Qarabağ FK
Son xəbərlər
topaz banner