“Çempionatda yerimizin hansı mövqedə olduğunu bilirik. Ona görə hər oyuna ciddi yanaşırıq. Kim istəyər ki, məğlub olsun?”
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasında sonuncu-8-ci pillədə olmaları barədə danışarkən deyib.
33 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra komandanın mövsümün ikinci yarısına hazırlığı ilə bağlı deyib: “Kubok üçün çox yaxşı hazırlaşmışdıq. Toplanışı Bakıda etməyimizə baxmayaraq, ümümi hazırlıq planı yaxşı idi. Amma məğlub olduq. Çempionatda yolumuza baxırıq. Ümid edirəm ki, daha yaxşı yerlərə gələcəyik”.
"Biz bir çox klubdan həm maliyyə, həm də heyət baxımından geri qalırıq"
Ə.İsmayılovun fikrincə, hazırda komandanın əsas problemi zədəli oyunçuların çoxluğudur: “Bu, hər oyuna təsir edir. Çünki heyətimiz o qədər güclü və geniş deyil ki, bir futbolçunun yerinə asanlıqla başqasını oynadaq. Hər bir oyunçunun yeri həqiqətən əvəzedilməzdir. Kimsə zədələnəndə onun mövqeyində axsama olur”.
Komandasının oyunlara tam motivasiya ilə çıxmasının vacibliyini bildiklərini deyən futbolçu autsayder mövqeyindən qurtulmağın zəruri olduğunu söyləyib: “Sonuncu yerdə olmaq həm biz oyunçular, həm də klubun rəhbərliyi üçün gözlənilməzdir. Biz bir çox klublardan həm maliyyə, həm də heyət baxımından geri qalırıq. Bunlar da böyük amildir. Buna baxmayaraq, məqsədimiz odur ki, turnir cədvəlində maksimum yuxarı yerlərə irəliləyək".
"Ot örtüyümüz pis vəziyyətdədir"
Ə.İsmayılov “Asco Arena”nın ot örtüyü ilə bağlı suala cavab verərkən bu problemin komandanın oyununa təsir etdiyini söyləyib: “Ot örtüyü barədə həddindən artıq çox danışılıb. Bu gün bütün futbol ictimaiyyətinə məlumdur ki, ot örtüyü pis vəziyyətdədir. Lakin bu vəziyyətlə razılaşmalıyıq və məşqimizi etməliyik. Əsas odur ki, baza şəraitimiz çox yaxşıdır və inanıram ki, meydança dəyişdirildikdən sonra hər şey yaxşı olacaq”.
Gələn mövsümdən Premyer Liqada 10 komandanın oynayacağı məsələsindən danışan futbolçu bunun sevindirici xəbər olduğunu vurğulayıb: “İnaniram bu say daha da artacaq. Premyer Liqada oynamağa layiq komandalar çoxdur: “Turan Tovuz” , “Kəpəz”, “Şəmkir”, “Zaqatala” və digərləri. Onlardan daha çox layiq olan komanda elitaya yüksələcək və liqada rəqabət artacaq. Bizə düşən odur ki, çıxaq, oyunumuzu oynayaq”.
Nihad KAZIMLI
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir
Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi
"Səbail" və MOİK-dən qələbə
“Qarabağ” mənim üçün tramplin ola bilər” - Jeremi Qnali
Azərbayan çempionatlarında ötən ayın ən yaxşıları açıqlandı
"Kəpəz" rəhbərliyində dəyişikliklər
4 komandaya texniki məğlubiyyət verildi
AFFA klubları cərimələdi, futbolçuları cəzalandırdı
"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna gedir
Britaniya mediasından iddia - "Qarabağ"lıya təkliflər var
Mövsümdə ilk, tarixdə 35-ci
Andradenin 200-cü oyunu
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti
"Sabah"ın yubiley qolu
"Neftçi" ilə matç 6 xallıq oyundur" - Hayderson Hurtado
"Premyer Liqada qalacağımıza inanıram"
A seriyasında ayın futbolçusu seçildi