UEFA-dan "Qarabağ"la bağlı paylaşım

UEFA-dan "Qarabağ"la bağlı paylaşım
ÖLKƏ FUTBOLU 15 Fevral 2022 / 00:50 5090
-  A +

Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, paylaşımda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yer alıb. İzləyicilərə isə belə sual ünvanlanıb: "O, "Qarabağ"da mövsümün oyunçusu ola bilərmi"?

Xatırladaq ki, Kadi "Neftçi" ilə qarşılaşmada (2:1) dubl edib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner