“Marseldəki oyunumuzu izləmək üçün klubumuza həddindən artıq azarkeş müraciəti var. Biz də “Marsel” klubuna səfər komandasına qonaq sektorunun ayrılması üçün müraciət etdik. Onlar bizim müracətimizi müsbət cavablandırdılar”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub rəsmisi Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransada keçirəcəyi görüş üçün təmsilçimizə xüsusi sektor ayrıldığını bildirib. O, “Qarabağ” azarkeşlərinin oyun günü bilet alaraq görüşü izləyə biləcəklərini qeyd edib:
“Bizim üçün sektor ayrılacaq. Biz oyun günü “Velodrom” stadionunda bilet satışı təşkil edəcəyik. Biletlərin qiyməti isə 20 avrodur. Oyunu izləmək istəyən soydaşlarımız, “Qarabağ” azarkeşləri həmin gün ayrılmış xüsusi kassadan bilet əldə edə biləcəklər. Bilet satışının vaxtı və sektorun yeri ilə bağlı gün ərzində məlumat yayacağıq. Azarkeşlərimiz sosial şəbəkələrimizi və rəsmi saytımızı izləsinlər. Narahatlığa heç bir əsas yoxdur. Bizə gələn müraciətlərin sayını nəzərə alaraq deyə bilərəm ki, 200-300 azarkeşin “Qarabağ”ı stadiondan dəstəkləyəcəyi gözlənilir. Əgər say daha da çox olarsa, bu baxımdan bir problem yaşamayacağıq. Çünki ayrılan sektorda kifayət qədər yer var. Əsas odur ki, matça gələcək azarkeşlər Fransa hökümətinin pandemiya ilə əlaqədar qoyduğu tələblərə cavab versinlər”.
Qeyd edək ki, “Qarabağ” “Marsel” ilə fevralın 17-si Fransada, 24-ü isə Bakıda üz-üzə gələcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi