Renat oynadı, komandası uduzdu

Renat oynadı, komandası uduzdu
ÖLKƏ FUTBOLU 13 Fevral 2022 / 19:02 1302
-  A +

Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə “Eştoril”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner