"Neftçi" yarımfinalda - Azərbaycan kuboku

"Neftçi" yarımfinalda  - Azərbaycan kuboku
ÖLKƏ FUTBOLU 12 Fevral 2022 / 17:57 9579
-  A +

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçirilib.

Qol.az xəbər verir ki, "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da oynanılan görüşdə "Neftçi" 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. 

"Neftçi" yarımfinalda "Səbail" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finala sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi” - 1:3

Qol: Xuan Kamara, 41 (1:0), Emin Mahmudov, 61 (1:1), Ramon Maçado, 62 (1:2), 68 (1:3)

Qırmızı vərəqə: Aleksey İsayev, 75 ("Sabah"), Səlahət Ağayev, 75 ("Sabah")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”

İlk oyun - 1:1

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər
: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

18:00. “Səbail” – “Zirə”
Hakimlə
r: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”

İlk oyun - 0:4

11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ” - 0:6 

Daha çox


Son xəbərlər
topaz banner