İstənilən halda belə məğlubiyyətdən sonra danışmaq çətindir. Beynimdə o qədər şey var ki, bilmirəm nədən başlayım. Rəqib "Qarabağ" da olsa, belə məğlubiyyət ağırdır. Bu nəticəni gözləmirdim. "Zirə" ilə oyunda siqnallar var idi. Futbolçulara çatdırdıq ki, bunlar "Qarabağ"la oyunda baha başa gələ bilər".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisi ilə "Keşlə" arasında böyük fərq olduğunu vurğulayıb: "3 milyonluq komanda 25 milyonluq komandaya qarşı oynayırdı. Burada səviyyə fərqi öz sözünü deyir. Danışmışdıq ki, meydanda döyüşkənlik olsun. Balaca boşluq verəndə səviyyəsi yüksək olan futbolçular dərhal səhnəyə çıxır. Toparlanmağa çalışacağıq. Qarşıda oyunlar var".
S.Qurbanov daha sonra bildirib: "Zirə" ilə oyunda 35-ci dəqiqədən sonra 10 nəfərlə mübarizə apardıq. Futbolçuları bərpa etməyə çalışdıq. Əlbəttə ki, yorğunluq öz sözünü deyir. Futbolda belə hallar olur. Bərpa dönəminə daha çox üstünlük verdik, cəmi bir məşqimiz oldu. Bu gün meydanda istənilən səviyyədə deyildik. Bəzi məqamlarda qol vuran bilərdik bəlkə də. 0:2, 0:3-dən sonra futbolçular psixoloji cəhətdən düşdülər. Bu gün bütün faktorlar rol oynadı. Həm yorğunluq, həm psixoloji cəhət, həm taktiki cəhət. Bütün bunlar böyükhesablı məğlubiyyətə gətirib çıxardı.
"Keşlə"nin baş məşqçisi oyunun sonlarında əsəbi olması və "Qarabağ"ın futbolçusu Qara Qarayevə nəsə deməsi barədə isə bunları deyib: "Belə məğlubiyyət çox ağırdır. Bunlar yaddaşlarda qalır, silinməzdir. "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev topu qəbul edərkən hörmətsizlik etdi. Amma oyundan sonra yaxınlaşıb üzr istədi. İstəmədən belə olduğunu dedi. Biz də futbolçunu başa düşdük. Mən də Qara Qarayevə dedim ki, gənc futbolçudur, başa sal, elə hərəkət etməsin. Bizim üçün ağırdır. Gərək rəqibə hörmət etsinlər".
S.Qurbanov kubokda turnirin son qalibi kimi çıxış edə bilmədiklərini söyləyib: "Hər dəfə deyirdim ki, biz kubokun son qalibiyik. Artıq bu keçmişdə qalıb. Son qalib kimi çıxış edə bilmədik. Sırf oyunu götürsək, səviyyə fərqi öz sözünü dedi. Bu, futboldur. Belə hallar olur. "Qarabağ"a uğurlar arzu edirəm. "Marsel"lə oyunda da onlara azarkeşlik edəcəyəm".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi