Azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Polşa klubunda
ÖLKƏ FUTBOLU 11 Fevral 2022 / 11:48 3850
-  A +

Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.

Qol.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam təmsilçisinin əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb. Futbolçu U-19 millimizdə də çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner