Bu gün Prezident İlham Əliyev Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Digər bir sərəncamla R.Abdullayev İqtisadiyyat nazirinin müavini təyin olunub.
R.Abdullayev 2008-ci ilin martın 14-dən həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir. Dövlət başçısının bugünkü sərəncamından sonra R.Abdullayevin AFFA prezidenti vəzifəsində qalıb-qalmayacağı da maraq doğurur. Məlumdur ki, bizdə idman federasiyalarının əksəriyyətinə dövlət məmurları rəhbərlik edir. Onlar işlərindən azad olunduqdan bir müddət sonra isə ictimai vəzifələri olan federasiyalardakı işlərindən də könüllü şəkildə ayrılırlar.
Bəs, bugünkü qərardan sonra R.Abdullayev AFFA-dan da gedəcəkmi?
Məlumdur ki, o, onsuz da dövlət işlərinin coxluğu ilə əlaqədar federasiyada faktiki olaraq fəaliyyət göstərməyib. Bu illər ərzində AFFA-da bütün işləri hazırkı icraçı vitse-prezident və baş katib olan Elxan Məmmədov icra edib. Yəni əsas qərarverici şəxs məhz E.Məmmədov olub. Abdullayev bir müddət əvvəl dövlətin həyata keçirdiyi yeni idman siyasətinə uyğun olaraq Cüdo Federasiyasının prezidenti vəzifəsindən ayrılıb. İstisna deyil ki, bundan sonra, o, AFFA-nı da tərk edəcək.
Amma R.Abdullayevin vəzifəsində qalması ehtimalı da var. Çünki SOCAR-dan getməklə onun işi xeyli azalmış olacaq. İqtisadiyyat nazirinin müavini kimi, vacib səlahiyyətlər onsuz da onda olmayacaq. Amma belə olsa belə, bundan sonra R.Abdullayev SOCAR xətti ilə AFFA-ya maliyyə ayırması qərarına təsir edə bilməyəcək. Yəni əldə əsas “silah” olan maliyyə kanalı artıq itirilib.
Ümumiyyətlə, istisna deyil ki, SOCAR-ın yeni rəhbərliyi AFFA-nın büdcəsi ilə bağlı xeyli dəyişiklik etsin. Məlumdur ki, ötən illər ərzində SOCAR tərəfdən federasiyaya külli-miqdarda pul ayrılsa da, nəticələr daim bərbad olub. Yəni faktiki olaraq, bu pullar havaya sovrulub. Bu, həm AFFA-ya, həm də SOCAR tərəfindən maliyyələşdirilən “Neftçi” futbol klubuna aiddir.
SOCAR-ın Müşahidə Şurasının sədri və İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətə məxsus qurumlardakı artıq və yersiz xərclərə qarşı qətiyyətli mübarizə aparan bir məmur kimi də tanınır.
İndi SOCAR-ın prezidenti vəzifəsinin icrasını M.Cabbarovun müavini olmuş Rövşən Nəcəf (Prezidentin bugünkü sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib) həyata keçirəcək. Güman etmək olar ki, yaxın müddətdə R.Nəcəf bu məsələyə də xüsusi nəzarət yetirəcək.
R.Abdullayevin mümkün gedişatından sonra nələr ola bilər? Bizdə olan məlumata görə, digər federasiyalardan fərqli olaraq, AFFA-nın prezidenti olmaq istəyən şəxsin ən azı 1 il futbol fəaliyyəti olmalıdır. Yəni beynəlxalq qaydalar bunu tələb edir. Ona görə də güman etmək olar ki, R.Abdullayevin yerinə yeni rəhbər gəlsə də, bu, futbol sahəsindəki tanıdığımız şəxslərdən biri olacaq. Bəs, həmin şəxs kim olar bilər? Yenə də Elxan Məmmədovmu?..
Millinin nəticələrinin zəif olması və futbolla bağlı problemlərin üst-üstə yığılmasında E.Məmmədovun rolu az deyil. Odur ki, bu faklar nəzərə alınacaq və yeni rəhbər seçiləcəksə, burada böyük ehtimalla dövlət rəhbərliyinin fikri (qərarı) əsas olacaq.
PFL-in aqibəti necə olacaq?
Sonda onu da qeyd eləmək olar ki, R.Abdullayevin mümkün gedişatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin onsuz da zəifləmiş mövqelərini daha da laxlada bilər. Məlumdur ki, R.Musayevi bu vəzifəyə məhz R.Abdullayev gətirib, PFL-də onun dəstəyi ilə yaradılıb. Abdullayevin AFFA-dan getməsi isə R.Musayevin də istefasına, ümumiyyətlə, PFL-in bir qurum kimi ləğvinə gətirib çıxara bilər...
Qol.az
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video