“Keçid dövrü mənim üçün uzun çəkdi. Bir ay ərzində demək olar ki, heç nə etmədim. O vaxt koronavirusa yoluxmuşdum. Sonra fərdi qaydada məşqlərə başladım”.
Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin hücumçusu Mahir Emreli Xorvatiyanın “Sportske novosti” nəşrinə müsahibəsində deyib. O, yeni klubu Zaqreb “Dinamo”sunda nə vaxt debüt edəcəyi, Avroliqanın 1/16 finalında “Dinamo”nun rəqibi olan “Sevilya”ya qarşı oynamağın mümkünlüyü haqda danışarkən bildirib:
“Hazırda “Dinamo”da ciddi şəkildə çalışıram. Komanda yoldaşlarım və klub əməkdaşları məni çox dəstəkləyirlər. Nə vaxt oynayacağımı isə məşqçi müəyyənləşdirəcək. Əgər hazır olsam, bəlkə də mənim şansım olacaq. Mən səbrlə öz vaxtımı gözləyirəm”.
“Ailəm Zaqrebdə mənimlə olacaq”
Emreli onu da deyib ki, qış fasiləsində ona bir çox təklif olub: “Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, digər variantların hamısını unutduq. Bilirsiniz, mənim anamın futboldan yaxşı başı çıxır. O, futbolu sevir. Biz ailədə söhbət etdik. Dayım, qardaşım, bacım... Onlar hamısı bu keçidin tərafdarı idi. Çünki onlara demişdim ki, mənim birinci variantım “Dinamo”dur. İkinci variantım da “Dinamo”dur. Nəhayət, üçüncü seçimim də “Dinamo”dur”.
Emreli ailəsinin Zaqrebə gələcəyini də deyib: “Mənim qardaşım ilk gündən yanımdadır. Bacım 2 gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video