Milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli yığmamızın sabiq baş məşqçiləri olmuş Robert Prosineçki və Nikola Yurçeviç barədə fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, M.Emreli Xorvatiyanın “Sportske novosti” nəşrinə müsahibəsində millidə məhz Prosineçkinin dövründə debüt etdiyini (1 sentyabr, 2017-ci ildə - red.) söyləyib:
"Prosineçkinin dövründə yaxşı oynayaraq inkişafa nail olmuşduq"
“O, məni çox gözlətmədi. Əvvəlcə məni San-Marino, sonra Qətərlə yoxlama görüşlərinə apardı. İlk rəsmi oyunum Norveçə qarşı oldu. Heç vaxt oyundan əvvəl onun mənə dediklərini unutmayacağam. Onda 19 yaşım vardı və çox həyəcanlı idim. O, bunu hiss etdi və günorta yeməyindən sonra mənimlə təkbətək danışdı. Dedi ki, səbr et və sərbəst oyna. Bildirdi ki, dünyada futbolçu olmaqdan yaxşı heç nə yoxdur, futbol digər peşələrə bənzəmir. Bildirdi ki, mən indiki məqamdan həzz almalıyam, gəncəm və heç nədən qorxmamalıyam. İndiyədək onun bu sözlərini xatırlayıram. Bu, həmişə mənim üçün motivasiya mənbəyidir. Biz indi görüşməsək də, onun sözlərini zaman-zaman yadıma salıram. Bizim ölkədə hamı onun üçün darıxır. Azərbaycan millisi heç vaxt böyük yarışlarda favorit olmasa da, onun dövründə biz yaxşı oynayaraq inkişafa nail olmuşduq”.
"Yurçeviç oyunçulara həmişə dəstək olurdu"
Mahir Nikola Yurçeviç haqda isə deyib: “O, əla insan və məşqçidir. Təəssüf ki, bizdə çox yox, cəmi bir il işlədi. Onun vaxtında Macarıstana qol vurdum, sizin milli Xorvatiyaya qarşı oynadım. Yurçeviç oyunçuları əla başa düşürdü, həmişə onlara dəstək olurdu. Mən ona və ailəsinə hörmətlə yanaşıram”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video