“Polşaya gedənə qədər mən “Qarabağ”da oynayırdım. Orada da tribunada az azarkeş olurdu. Azarkeşlər daha çox “Qarabağ”la “Neftçi” arasındakı derbi və avrokubok matçlarına gəlirdi”.
Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Xorvatiyanın “Sportske novosti” nəşrinə müsahibəsində deyib.
Jurnalistin Xorvatiya liqasına az, Emrelinin daha əvvəl çıxış etdiyi Polşa çempionatına isə çox azarkeş gəlməsi barədə sualına cavabında 24 yaşlı futbolçu deyib: “Mən sizinlə razılaşmıram. Polşa ilə Xorvatiyanı müqayisə etsək, bir vacib faktı nəzərə almalıyıq. Xorvatiyanın 4 milyon, Polşanın isə 40 milyon əhalisi var. Bu, çox şeyi deyir. Ona görə də əhalinin sayını nəzərə alsaq, mən düşünmürəm ki, Xorvatiya liqasına az azarkeş gəlir. Bu, normal göstəricidir”.
Xorvatiya liqası haqda
Mahir Xorvatiya liqası barədə də fikirlərini bildirib.
“Polşa çempionatında nəyin necə olacağını təxmin etmək çətindir. Bu, maraqlı yarışdır. “Dinamo”ya gəlmək məsələm yarananda Xorvatiya çempionatının oyunlarını ciddi şəkildə izləməyə başladım. Polşa çempionatından fərqli olaraq, burada taktiki planda üstünlük var, futbolçunun texniki bacarığı və futbol biliyi yüksəkdir. Xorvatiya liqasında çoxlu güclü şəxsiyyətlər var. Polşa liqası isə döyuşçülərin liqasıdır. Həmin liqa daha çox fiziki ustalıq, güc üzərində qurulub. Güclü, sərt oyunlar olur. Xorvatiyada isə fərqli futboldur. Burada futbol oynamağı, topa daha çox sahib olmağı sevirlər, mövqe hücumunu xoşlayırlar. Mənə belə futbol xoşdur”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video