Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli onun barəsində Polşanın bəzi media orqanlarında yayılan iddialara münasibət bildirib.
Qeyd edək ki, “Legiya”da çıxış etdiyi vaxtda iddia edilib ki, guya Mahir gecə həyatına meyllidir və spirtli içki qəbul edir.
Qol.az-ın məlumatına görə, 24 yaşlı futbolçumuzun Xorvatiyanın sportske.jutarnji.hr saytında dərc olunan geniş müsahibəsində bu məsələyə də toxunulub. Mahir Emreli deyib:

“Mən bu haqda danışmağı sevmirəm. Amma əlbəttə, “Dinamo”ya transferimin səbəblərini izah etmək istəyirəm. İstəyirəm ki, hamı əsl həqiqəti bilsin. İndi sizə hər şeyin necə baş verdiyini danışacağam. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacağam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki?”
"Düz yarım il mənim boş vaxtımda keçirdiyim görüşdən yazdılar"
Emreli deyib ki, kluba az halda gedir. Bir neçə ayda bir dəfə: “Amma mən spirtli içki içmirəm. Qayıdaq Polşa mətbuatında yayımlanan o şəklə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz 3 qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydir. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video