Rauf Əliyevin 300-cü oyunu

Rauf Əliyevin 300-cü oyunu
ÖLKƏ FUTBOLU 9 Fevral 2022 / 14:30 1144
-  A +

Rauf Əliyev Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

Qol.az xəbər verir ki, “Səbail”in hücumçusunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.

“Sumqayıt”la ev matçına qədər 299 oyuna çıxan forvard üçün 1:1 hesablı heç-heçə yubiley xarakteri daşıyıb. Rauf bu matçlarda 63 qol vurub.

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən Əliyevin ilk komandası “Qarabağ” olub. O, Ağdam təmsilçisində 131 (23 qol), “Səbail”də 41 (9 qol), “Bakı”da 38 (11 qol), “Keşlə”də 36 (12 qol), “Qəbələ”də 23 (4 qol), “Neftçi”də 20 (1 qol), “Xəzər Lənkəran”da 11 (3 qol) oyun keçirib.

Daha çox


Son xəbərlər
topaz banner