“Səbail”in yarımmüdafiəçisi Domantas Şimkus Litva mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, 26 yaşlı oyunçu “Səbail”i seçməsinin səbəbindən danışıb:
“İsrail klubu “Hapoel”dən ayrıldıqdan sonra azad agent idim. Ötən yayda təkliflər çox olmadı. Amma Azərbaycan klubu məni çoxdan dəvət etmək istəyirdi. “Səbail” yaxşı şərait təklif etdi, məni komandanın liderlərindən biri kimi gördü. Bu da məni heyran etdi və birillik müqavilə imzaladım. Burada öz dəyərimi sübut etməyə çalışıram”.
Litva millisinin üzvü ölkəmizdə özünü yaxşı hiss etdiyini sözlərinə əlavə edib: “Azərbaycanda bu kluba hörmət edirlər. Bir-iki il əvvəl “Səbail” Avropa Liqasında oynayırdı, Maykl Essyen bu komandada çıxış edirdi. Burada hər şey qaydasındadır. Avropa Liqasına vəsiqə qazanmaq hədəfi var. Yerli oyunçular çox olanda bir az çətin ola bilər. Amma istiqanlı insanlardır, ona görə də uyğunlaşmaq mənim üçün böyük problem olmadı”.
Şimkusun doğma şəhəri olan Şyaulyayın eyniadlı komandası birinci divizionun qalibi olaraq, elitada iştirak hüququna yiyələnib. O, gələcəkdə bu kluba keçidini istisna etməyib: “Şyaulyay”ın menecerləri və məşqçiləri ilə çox isti əlaqələrim var. Yüksək liqaya vəsiqə qazandıqları üçün çox şadam. Mən də çox xoşbəxtəm. Bəlkə bir gün Şiaulyaya qayıtmalı olacağam”.
Qeyd edək ki, Domantas Şimkusun “Səbail”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video