"Çox çətin oyun alındı. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşa bilməmişdik. Çünki həftəiçi böyük iş görmüşdük".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdur, dayana bilmərik".
M.Musayev şənbə günü "Neftçi"yə qarşı keçiriləcək matça qədər futbolçularının bərpa olunmalı olduğunu bildirib:"Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olan bu vaxtı düzgün dəyərləndirməkdir. Futbolçularımız maksimum şəkildə diqqətli olmalıdır. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdırlar. Başqa çarəmiz yoxdur".
Noyer sıradan çıxdı
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir
Superliqa klubu baş məşqçiyə cəmi 18 gün şans verdi
"Səbail" və MOİK-dən qələbə
“Qarabağ” mənim üçün tramplin ola bilər” - Jeremi Qnali
Azərbayan çempionatlarında ötən ayın ən yaxşıları açıqlandı
"Kəpəz" rəhbərliyində dəyişikliklər