"Liverpul" Salahın əvəzləyicisini tapdı

"Liverpul" Salahın əvəzləyicisini tapdı
ÖLKƏ FUTBOLU 8 Fevral 2022 / 13:20 4728
-  A +

"Liverpul"un hücumçusu Məhəmməd Salah yaxın vaxtlarda klubunu dəyişə bilər.

Qol.az "TalkSPORT"a istinadən xəbər verir ki, bu səbəbdən mersisaydlıların rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq misirlinin yerinə potensial oyunçu haqda qərar verib. "Liverpul" "Arsenal"ın hücumçusu Bukayo Sakanı transfer edə bilər. 

“Qırmızı-qaralar”a Salahı əvəz edə biləcək cinah oyunçusu ilə müqavilə imzalamaq məsləhət görülüb. Sakanın "Arsenal"la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Onunla "Mançester Siti"nin maraqlandığı bildirilir.

Daha çox


Son xəbərlər
topaz banner