“Komandam optimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik. Futbolçular gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Futbolçuları təbrik edirəm. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhv etdi. Gənc olsa da, istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin. Hakimlərə əsəbi deyildim. Sadəcə, bir neçə təkrarlanmış səhvə görə etirazımı bildirirdim" - deyə o bildirib.
Q.Qurbanov vacib 3 xalı yaxşı oyunla qazandıqlarını söyləyib: "İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epziodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komanda azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu.
"Həmişə çalışırıq ki, öz futbolçularımız futbola sevgi ilə yanaşsınlar. Əgər bu, varsa, inanmıram, arxayınlıq olsun. Hər oyundan həzz almalıdılar, meydana qələbə qazanmaq üçün çıxırıq. Uğurlu seriyadan sonra bəzən gözləyirik ki, hansı oyunda arxayınlıq olacaq. Qarşıdakı matçlarda daha baxımlı oyun göstərməliyik ki, azarkeşlərimiz razı qalsın".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video