"Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniçak “Legiya”dan Zaqreb “Dinamo”suna transfer olunan millimizin hücumçusu Mahir Emrelinin Varşavada azarkeşlər tərəfindən döyülməsinə münasibət bildirib.
Qol.az xəbər verir ki, müdafiəçi yerli mətbuata müsahibəsində “Qarabağ”da komanda yoldaşı olmuş Emrelinin "Legiya" fanatlarının bu davranışına layiq olmadığını söyləyib. O həmçinin, Mahirin də Varşava təmsilçisindən ayrılmağını düzgün hesab etmədiyini qeyd edib:
“Belə hallar normal deyil və baş verməyə haqqı yoxdur. Emreli də qaydalar çərçivəsində hərəkət eləmədi, bu vəziyyətdən öz maraqlarını həyata keçirmək üçün yararlandı. Bu durumda tamamilə fərqli hərəkət edən Lukinyasa baxaq. Bununla belə, “Legiya”nın problemlərinin dərinliyinə getmək, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Klubda sadəcə, hər şeyin öhdəsindən gəlməli və problemləri yoluna qoymalıdırlar”.
Qeyd edək ki, Mahir Emreli məhz Jezniçakın çıxış etdiyi Plotsk “Visla”sı ilə səfər oyunundan sonra Varşavaya qayıdarkən azarkeşlər tərəfindən bazada hücuma məruz qalıb və başından xəsarət alıb. Bundan sonra isə Emreli "Legiya"nı tərk edib və Zaqreb “Dinamo”su ilə 4,5 illik müqavilə imzalayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video