"Qarabağ"ın futbolçusu Patrik Andrade Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə görüşü buraxacaq.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi 4 sarı vərəqə alaraq limiti doldurduğu üçün görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Ağdam təmsilçisinin oyunçularından qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Xayme Romero zədəli olduqları üçün matçı buraxacaqlar.
Əlavə edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da başlayacaq.
Noyer sıradan çıxdı
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir