"Səbail" qapıçı transfer etdi

"Səbail" qapıçı transfer etdi
ÖLKƏ FUTBOLU 5 Fevral 2022 / 11:56 2870
-  A +

“Səbail” daha bir futbolçunu komandaya cəlb edib. 

Qol.az xəbər verir ki, Hüseynəli Quliyev sabiq klubuna qayıdıb.

Paytaxt təmsilçisi 23 yaşlı qolkiperlə il yarımlıq müqavilə imzalayıb. O, 2017/18 mövsümündə Gənclər Liqasının bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib və ilin qapıçısı mükafatına layiq görülüb. Quliyev daha sonra “Sumqayıt” və “Sabah”ın formasını geyinib.

Qeyd edək ki, “Səbail” dünən “Zirə”dən ayrılan Rəşad Əzizlini də heyətinə qatıb.

Daha çox


Son xəbərlər
topaz banner