Xorvatiyanın “Vecernji” nəşri Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə geniş yazı hazırlayıb.
Qol.az xəbər verir ki, yazı 24 yaşlı futbolçunun Zaqreb “Dinamo”suna transferinə həsr olunub.
“Uzun müddət “Dinamo”da 11 nömrəli formanı Mario Qavranoviç daşıyırdı. İndi isə bu nömrənin yeni sahibi var – Mahir Emreli” – deyə yazıda bildirilib.
Emrelinin “Legiya”dan müqaviləni ləğv edib “Dinamo”ya keçməsindən ətraflı bəhs olunub: “Əgər o, Qavranoviç kimi hücumçudursa, deməli, “Dinamo” yaxşı iş görüb”.
“Hamı bilir ki, mən içmirəm və heç vaxt da içməyəcəm”
Yazıda Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin Emreli haqda fikirlərinə də yer verilib: “Emreli mənim vaxtımda millidə debüt edib. O, həmin vaxt gənc və istedadlı futbolçu idi. Azərbaycandan getdikdən sonra onun oyununu xüsusi izləməmişəm. Ona görə də onun inkişafının necə getdiyi haqda nəsə deyə bilmərəm. Yalnız onu bilirəm ki, o, “Legiya”da oynayırdı və indi “Dinamo”ya keçib”.
Yazının müəllifi Robert Junaçi qeyd edir ki, Mahirlə əlaqədar söhbət etdiyi digər xorvatiyalı mütəxəssislər də onun barəsində yalnız müsbət fikirlər söyləyiblər: “Həm futbolçu və insani keyfiyyətini tərifləyir, həm də tərbiyəsi haqda xoş sözlər dedilər". Jurnalist Mahiri müdafiə edərək yazır ki, bütün bunlardan çıxış edərək “Legiya” fanatlarının Mahir haqda söylədikləri “gecə həyatını və spirtli içki içməyi xoşlayır” kimi iddialarına inanmaq çətindir: "Emreli özü bu iddiaları təkzib edir və bildirir ki, bunlar hamısı uydurulmuş söhbətlərdir. O deyir ki, inanclı müsəlmanlar alkoqol qəbul etmirlər: “Hamı bilir ki, mən içmirəm və heç vaxt da içməyəcəm. Mənim edə biləcəyim maksimum odur ki, harasa axşam yeməyinə gedə bilərəm. Amma mənm evdən çox az halda çıxıram”.
Hücum, yoxsa yarımmüdafiə?
Mahirin hansı mövqedə oynayacağı da maraq doğurur. Jurnalist qeyd edir ki, 24 yaşlı hücumçu vinger kimi yarımmüdafiədə də oynaya bilər: “Görək, baş məşqçi Jelko Kopiç onu hansı mövqedə oynadacaq. Hazırda komandada rəqabət çoxdur. Emreli həm sağ, həm sol cinahda oynaya bilər. “Dinamo” oyun sistemini dəyişib. Onlar Argentinadan 5,3 milyon avroya Martin Ohedanı məhz sağ cinah üçün transfer etmək istəyirdilər. Bu transferin baş tutmadığını nəzərə alsaq, həmin mövqedə Emrelinin oynayacağı istisna deyil”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video