"Neftçi"nin transferi Azər Əliyev klub telekanalına müsahibə verib.
Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Bakı təmsilçisinə keçdiyinə görə çox şad olduğunu deyib: “Neftçi” böyük tarixə malik klubdur. Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimdə olmaq istəyərdi. Buna görə də var gücümlə çalışacağam ki, yeni nailiyyət və titullarla "Neftçi"də tarix yazım".
O, yeni klubu ilə Azərbaycan çempionu olmaq, kuboklar qazanmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiyini söyləyib: "İlk növbədə yeni komandamda çox yaxşı çıxış etmək niyyətindəyəm. Milli komandaya lazım olsam, böyük məmnuniyyətlə yığmanı təmsil edəcəyəm".
A.Əliyev "Neftçi"yə keçidinin irəliyə addım olduğunu söyləyib: "Bu, təcrübə, yeni sınaqdır. Ona görə də təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacağam. Əslində universal futbolçuyam. Həm hücumda, həm də müdafiədə oynaya bilirəm. Son vaxtlar arxa xətdə çıxış etdiyimi nəzərə alsaq, bu mövqedə daha yaxşı olduğumu demək olar. Bununla belə, irəlidə də yaxşı təsir bağışlayıram. Məşqçi hansı mövqedə desə, orada da çıxış edib komandama xeyir verməyə çalışacağam".
Əliyev komanda yoldaşlarından yalnız Emin Mahmudovla tanışlığı olduğunu vurğulayıb: "Onunla əlaqə saxlayırıq. Son vaxtlar çox ünsiyyətdə olmuşuq. Çox yaxşı futbolçu, komandanın kapitanıdır. İnanıram ki, birlikdə yaxşı işlər görüb uğurlu nəticələr qazanacağıq".
Futbolçu sonda azarkeşlərə müraciət edib: "100 faiz əmin olsunlar ki, əlimdən gələnin ən yaxşısını edəcəyəm. Klubun ağ-qara rənglərinə sadiq qalacaq, fanatlarımızı maksimum dərəcədə sevindirəcəyəm. Ümidvaram ki, məni isti və sevgi ilə qəbul edəcəklər".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video