"Dinamo" Mahiri "Sevilya" ilə oyun üçün sifariş etdi

"Dinamo" Mahiri "Sevilya" ilə oyun üçün sifariş etdi
ÖLKƏ FUTBOLU 3 Fevral 2022 / 22:42 5148
-  A +

Millimizin üzvü Mahir Emrelinin yeni klubu "Dinamo" (Zaqreb) Avropa Liqasının pley-offunda "Sevilya" ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya klubu Mahir Emrelinin adını da siyahıya daxil edib.

Qeyd edək ki, 25 yaşlı hücumçu "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner