Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmamızın üzvü Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçidini şərh edib.
Qol.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bildirib ki, Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır.
"Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm. Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Futbolda elə gənc futbolçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər. Emrelinin "Legiya"dakı statistikası da yaxşıdır. O, "Dinamo"da da nəyə qadir olduğunu göstərəcək".
Prosineçki 25 yaşlı hücumçunun "Legiya"dakı davranışları barədə Polşa mətbuatının yazdığı fikirlərə də münasibət bildirib: "Azərbaycanda belə hallar baş verməyib. Mən onun barədə yalnız oradakı fəaliyyətim müddətində gördüklərimə əsasən danışa bilərəm".
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə çalışıb.
Noyer sıradan çıxdı
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu
Ronaldonun zədəsi gözləniləndən ciddidir