AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qol.az xəbər verir ki, “Baku Marriott Hotel Boulevard” oteldə təşkil olunan toplantıda aparılmış müzakirələrdən sonra 5 qərar qəbul olunub:
1. Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunsun.
2. Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənsin. Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunsun (Turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək).
3. Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq.
4. Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlansın.
5. Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmasın.
Qeyd edək ki, icraiyyə Komitəsinin iclasından sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və “Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video