“Bir neçə ildir qadın çempionatını təşkil edirik. Bilirdik ki, UEFA tərəfindən qadın komandalarının olması tələb olunacaq. Klubların bütün meyarlara uyğun cavab verməsi üçün biz də öncədən tədbirlərimizi görmüşük”.
Qol.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında ölkəmizdə qadın futbolunun durumu haqda danışarkən deyib.
O, AFFA-nın qadın futbolunda diqqət yetirdiyini və inkişafı üçün çalışdığını bildirib: “Əminə Heydərova 2012-ci ildə dünya çempionatında komandamızı kapitan kimi meydana çıxarmışdı. Sonra isə AFFA-da çalışmağa başladı. O, qadın futbol komandalarının rəhbəri təyin olundu. Əminəni də təbrik edirəm. O, komandamızın kapitanı idi. 10 il keçdikdən sonra isə AFFA-da rəhbərlik səviyyəsində iş başındadır. Klublarımız üçün hər şeyi hazırlamışıq. UEFA sistemi tətbiq edən kimi, klublar qurumun meyarlarına cavab verəcək. Bu tələb qaçılmazdır. Çünki bu, Avropa və dünyanın tələbidir. Yaxşı ki, bunu 10 il əvvəl gördük və bu idman növünü yavaş-yavaş inkişaf etdirdik. İstər qadın, istər kişi olsun, futbolu hər kəs özü seçir. Hər kəs müəyyən yaşdan sonra hansısa peşə sahibi olmaq istəyir. Amma futbolçu 6-7 yaşdan bu sahəni seçir. Yeri gəlmişkən, qadınlardan ibarət komandaların oyunçuları da böyük hesabla uduzduqları zaman da mətbuatdan razılıq bildirirlər. Deyirlər ki, bizi heç kim tənqid etmir. Onların əksəriyyəti ailə həyatı qurublar və həyat yoldaşları da futbolçulardır”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video