“Legioner limitinə, ideal formulanı tapmaq həmişə çətin olur. AFFA İcraiyyə Komitəsinin iclasında da hər dəfə bu barədə danışılır. 10 komanda olsa, bəlkə indidən müzakirə etmək və düşünmək lazımdır. 8 komanda ilə legioner limitini dəyişmək düzgün olmaz”.
Qol.az-ın xəbərinə görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Qurumun bu gün keçirilən Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında E.Məmmədov legioner limitinin dəyişdirilməsinin mümkünlüyü haqda sualı cavabıandırıb.
Onun sözlərinə görə, bu fikrini mütəxəssislərin rəyinə əsasən deyir: “Avropada iştirak edən klublarımızı nəzərdə tutmuram. Premyer Liqa təmsilçiləri dərhal əcnəbi oyunçuların sayını artıracaqlar. Yaxşı nəticə üçün daha çox əcnəbi gətirəcəklər. Onda da Azərbaycan futbolçusu ziyan görəcək. Bu da milli komandaya mənfi təsir edəcək. Hazırda 9-10-cu komanda yoxdur ki, şans tapmayan oyunçular ora keçsin. Növbəti İcraiyyə Komitəsinin iclasında bu məsələ müzakirə olunacaq. Buna iqtisadi və elm tərəfdən yanaşmaq lazımdır. Qərbi Avropa ölkələrini nümunə göstərmək mümkün deyil. Məsələn, Fransa vətəndaşı Almaniyaya gedəndə orada əcnəbi sayılmır. Avropa futbolunu da bölmək lazımdır. Şərqi və Qərbi Avropa. Bizim futbolçumuz Avropa İttifaqında əcnəbi sayılır. Amma xorvatiyalı və ya serbiyalı oyunçu Almaniyada əcnəbi sayılmır. Azərbaycanlı bu gün Polşada əcnəbi oyunçu kimi çıxış edir. Belədə rəqabət aparmaq çətindir”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video