Elxan Məmmədovdan Qurban Qurbanovun təklifinə reaksiya

Elxan Məmmədovdan Qurban Qurbanovun təklifinə reaksiya
ÖLKƏ FUTBOLU 2 Fevral 2022 / 13:44 4876
-  A +

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov  Azərbaycan Premyer Liqasında oyunlar zamanı əvəzetmələrin sayının 5-ə yüksəldilməsi ilə bağlı təklifə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, qurumun bu gün keçirilən Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında E.Məmmədov bildirib ki bu suallar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə verilsə, daha yaxşı olar: “Mövsümün əvvəlində bu məsələ müzakirə olunub. Biz də maraqlanmışdıq. Məsələ burasındadır ki, PFL-ə vaxtında müraciət edilməmişdi. Çempionatın startından sonra müraciət edilmişdi. Klublarımız indidən müraciət göndərsələr, PFL də növbəti mövsümlə bağlı hazırlıq görərlər”. 

Qeyd edək ki, əvəzetmə sayının 5-ə yüksəldiməsi ilə bağlı təklifi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov irəli sürüb.

Daha çox


Son xəbərlər
topaz banner